HAQQIMIZDA
ROBOFEST – YARADICILIQLA MÜHƏNDİSLİYİN BİRLƏŞDİYİ YARIŞ

Missiya
- “Robofest International” məktəbliləri elmə müsabiqə və yarışlar vasitəsilə təşviq edir.
Məqsəd
- Şagirdlər bacarıqlarını nümayiş etdirə biləcəkləri mühit yaratmaq;
- Məktəblilər arasında elm və texnologiyanı təşviq etmək;
- Yaradıcı və tənqidi təfəkkürün inkişafını dəstəkləmək;
Tarixçə
“Robofest International” 2021-ci ildə STEMART STEAM Akademiyası tərəfindən təsis olunmuşdur. Pandemiya səbəbindən ilk “Robofest” müsabiqəsi iki mərhələdə təşkil olunmuşdur. Birinci mərhələ tamamilə onlayn formatda keçirilmiş və şagirdlər tapşırıqları virtual mühitdə robotları idarə etməklə yerinə yetirmişlər. Müsabiqənin ikinci mərhələsi isə Kaspi Bakıxanov liseyində əyani şəkildə təşkil olunmuşdur. Qaliblər müxtəlif hədiyyələr, medallar və sertifikatlarla təltif olunmuşlar.
2022-ci ildə müsabiqə ikinci dəfə “RoboFest 2022” adı ilə Park Inn by Radisson Baku-da keçirilmişdir. Festivalda 20 dövlət və özəl məktəbdən ümumilikdə 122 şagird 4 fərqli kateqoriya üzrə bacarıqlarını nümayiş etdirmişlər. Müsabiqə Starex, Gemza Group, Innovative Business Solutions, Kaspi Təhsil Şirkəti və DeirvIon tech-in dəstəyi ilə həyata keçirilmişdir.
Üç və dördüncü dəfə təşkil olunan bu müsabiqənin adı “Robofest International” olaraq dəyişdirilmişdir. Tədbirin məqsədi yalnız Azərbaycandan deyil, dünyanın müxtəlif ölkələrindən robotlara marağı olan şagirdləri bir araya gətirməkdir. Bu illərdə təşkil olunan hər iki olimpiada Passage 1901-də baş tutmuşdur.
2025-ci ildə keçiriləcək olan “Robofest International” Kaspi International School-da təşkil ediləcəkdir.



