Qaydalar və proses:

Komandanın tərkibi: Müsabiqədə 11-14 yaşlı şagirdlər iştirak edə bilərlər. Komanda maksimum 2 nəfər iştirakçıdan ibarət ola bilər.

İstifadə ediləcək robot dəstləri:

Lego Mindstorms EV3, Lego Spike

Qeyd: Robotda istifadə olunacaq detallar yalnız orijinal Lego dəstləri olmalıdır. 

Meydança

Yarış meydançası ağ sahə üzərində yüksəklikləri olan qara xətt ilə çəkilmiş yol xəritəsindən ibarətdir. Xəttin eni 2-2.5 sm olmalıdır. İzlənəcək xəttin trayektoriyası və uzunluğu müsabiqə günü elan olunacaq. 

Təpələrin yamac bucaqları maksimum 20 dərəcə və ümumi hündürlüyü 2 sm ola bilər.

Məhdudiyyətlər:

Robotun maksimal ölçüsü 25×30 sm ola bilər. Hündürlüyünə heç bir məhdudiyyət yoxdur.

Robotun idarə edilməsi

  • İzlənəcək yolda müəyyən bucaqda əyilmələr, eniş və yoxuşlar var. 
  • Müsabiqənin müddəti hakimin verdiyi start əmri ilə başlayır və finiş xəttinə çatdıqda başa çatır. 
  • Robotun ön hissəsi finiş xəttinə çatdıqda yarış başa çatmış sayılır.
  • Robot tərəfindən verilən trayektoriyanın tamamlanması üçün sərf olunan vaxt hakim tərəfindən saniyəölçən vasitəsilə ölçülür.
  • Robot xəttin trayektoriyasına başladıqdan sonra onun xətt üzrə hərəkəti tam avtonom olmalıdır, əks halda o müsabiqədən kənarlaşdırıla bilər.
  • Robot trayektoriyanı tərk edərsə o hakim tərəfindən xəttə qaytarılmalıdır. Yarış zamanı eyni hal 3 dəfədən çox baş verərsə, robot həmin raunddan kənarlaşdırılmalıdır.
  • Yarışmadan əvvəl hər komanda məhdud say və zamanda robotları sınaqdan keçirə biləcək.

Qiymətləndirmə: Komandaların hər biri bir neçə raund və hər raundda maksimum 3 dəqiqə olmaqla yarışacaqlar. Hər raund zamanı robotun finiş xəttinə çatma müddəti hakim tərəfindən qeydə alınacaq. Sonda raundların nəticəsinə əsasən ən qısa müddətdə finiş xəttinə çatan komanda qalib hesab olunur.

     Raundlar ərzində qalib müəyyən olmadıqda hakim ayrılmış vaxt ərzində yarışı davam etdirir. Raundlar arasında iştirakçıların robotla yarış sahəsini tərk etməsi qadağandır, müvafiq hallar (məsələn, robotun təmirə ehtiyacı var) istisna oluna bilər.

Qayda pozuntuları:

1. Meydançanın səthini zədələyən və ya cıza bilən hər hansı komponentlərdən istifadə qadağandır.

2. Robotda hər hansı alışan materialdan istifadə etmək olmaz.

1. Robot raund başlamazdan əvvəl hərəkət edərsə (hərəkət və ya onun dəyişdirilməsi) həmin raundun nəticəsi qeydə alınmır.

2. Ancaq inspeksiyadan keçmiş robot meydançada yarışa bilər. Robotu tamamilə başqası ilə dəyişdirmək, həmçinin iki və daha artıq robotdan istifadə etmək qəti qadağandır. 

3. İştirakçı təhlükəsizlik tələblərinə əməl etmədikdə yarışdan uzaqlaşdırılır.

4. Haqsız sayılan hər hansı digər hərəkət olduqda nəticə qeydə alınmır.

5. Komanda üzvlərindən başqa kənar şəxslərin yarışa müdaxiləsi yolverilməzdir.

6. Komanda yarış başladığı anda arenaya dəvət edildiyi təqdirdə, orada iştirak edə bilmədikdə həmin raund nəticəsi qeydə alınmır.

7. İştirakçı yarışı sabotaj edərsə, məsələn, qəsdən ətrafına zərər verərsə, insanlarla davranış kodeksinə uyğun hərəkət etmədikdə və s. yarışdan tamamilə uzaqlaşdırılır.

8. İştirakçı qaydalarda “Robotun dizaynı” üçün nəzərdə tutulmuş tələbləri pozarsa yarışdan tamamilə uzaqlaşdırılır.

9. İştirakçı kobuddursa və hakimlərin qərarlarına hörmət etmirsə, yarış nəticəsi qeydə alınmır.