Xülasə:
Bu yarış, robotların gücünü və strategiyasını sınağa çəkən möhtəşəm bir qarşılaşmadır. Komandalar arenada ittifaq şəklində birləşərək, rəqib ittifaqın robotlarını mərkəzi boşluğa və ya arenadan kənara atmaq üçün mübarizə aparır. Hər anı həyəcanla dolu olduğu bu sumo qarşılaşmasında, robotların gücü və ağıllı manevrləri həlledici rol oynayır. Ədalətli oyun prinsiplərinə uyğun olaraq, ən çevik və strateji düşünən komandalar qələbə qazanır.
Arena:
Ərazi tərəfləri 1.2m x 1.2m ölçüsündə olan kvadrat formadadır. Ərazinin mərkəzində 40sm x 40sm ölçülərində kvadrat formalı bir boşluq yerləşir.
Robotlar üçün Texniki Şərtlər:
- Robotlar LEGO Mindstorms EV3, Lego Spike və ya VEX IQ dəstlərindən, habelə onların komponentlərindən istifadə edilərək hazırlanmalıdır.
- İnspeksiya zamanı bu dəstlərə aid olmayan və ya 3D printer vasitəsilə hazırlanmış hissələr aşkarlandıqda robot yarışa buraxılmayacaq.
- Robotların başlanğıc vəziyyətdə maksimum ölçüsü 300mm x 300mm olmalıdır. Oyun başladıqdan sonra ölçü məhdudiyyəti yoxdur.
- Robotların maksimum çəkisi 2 kq ola bilər.
- Robotların yarış sahəsinə yapışmasını təmin edən mexanizmlərdən istifadə qadağandır. Sürüşkən təkərlər və sürətli manevrlərə imkan verən strukturlar istifadə edilə bilər, lakin güclü silah və zərbə mexanizmlərindən istifadə etmək qadağandır.
Oyun Qaydaları:
- Robotların Yerləşdirilməsi: Ərazidə 4 robot müxtəlif künclərdə yerləşdirilir. Təsadüfi ittifaq seçilmiş komandaların robotları üzbəüz (çarpaz) başlanğıc ərazidə olmalıdır.
- Başlama Siqnalı: Yarış hakimin siqnalı ilə başlayır. Robotlar siqnal verildikdən sonra müstəqil olaraq hərəkət etməyə başlayır. Siqnaldan əvvəl hərəkətə başlamaq komandaya xəbərdarlıqla nəticələnəcəkdir.
- Komanda – 2 şagirdin yarış üçün qeydiyyatdan keçdiyi şagird qrupudur. Lakin sürücü yalnız onlardan biri olmalıdır (özləri qərar verir və oyun anı istisna olmaqla istənilən vaxt dəyişdirilə bilər).
- İttifaq – yarış təşkilatçıları tərəfindən təsadüfi seçilmiş 2 komandadır.
- Ərazidə 4 robot, yəni 2 ittifaq komanda oyuna başlayır.
- Məqsəd rəqib ittifaqın robotlarını ərazidən kənarlaşdırmaqdır.
- İttifaqın topladığı bal hər iki komandanın hesabına yazılır.
- Kənarlaşdırmaq rəqib robotları arenanın mərkəzindəki boşluğa və ya arenanın xaricinə atmaqla baş verə bilər.
- Robotun hər hansı hissəsi mərkəzi boşluğa toxunarsa:
- Robotun hərəkəti dayandırılır.
- Sürücü kontrolleri masaya qoyur, lakin ittifaq komanda yarışı davam etdirir.
- Rəqib ittifaq +20 bal qazanır
- Robotun hər hansı hissəsi arenadan kənara toxunarsa:
- Robotun hərəkəti dayandırılır.
- Sürücü kontrolleri masaya qoyur, lakin ittifaq komanda yarışı davam etdirir.
- Rəqib ittifaq +10 bal qazanır
- Oyun müddəti 2 dəqiqədir.
- Oyun ittifaqdakı hər iki robotun məğlub olması halında daha tez yekunlaşdırıla bilər.
- Əgər oyunun sonunda robotların hamısı (4 robot) ərazidə qalarsa, hər iki ittifaq bu oyundan 0 bal qazanacaq.
- Komanda sayından asılı olaraq hər bir komanda bir neçə dəfə oyunda iştirak edəcək.
- Komandanın oyuna dəvət anonsu verildikdə, 2 dəqiqə ərzində arenaya gəlməzsə, həmin sessiyadan 0 bal qazanacaq.
- Robotun hər hansı bir hissəsi (təkərlər, qol və ya hər hansı mexaniki komponent) boşluğa və ya kənara düşərsə, həmin robot dərhal məğlub hesab olunur və komanda kontrolleri yerə qoyaraq gözləyir.
- Yarışın ümumi qaydaları və davranış kodeksi:
- Hakimlər robotların oyun əsnasında sərgilədiyi strateji hərəkətləri, rəqibin hərəkətlərini necə blokladığını və ümumi performansını qiymətləndirmir.
- Hakimlər yarışın qaydalarını izləyərək nəticələri və qayda pozuntularını qeyd edir.
- Komandaya xəbərdarlıq və diskvalifikasiya cərimələrini ancaq hakim və baş hakim tətbiq edə bilər.
- Yarış qaydlarının pozulması nəticəsində komandaya 2 formada cərimə tətbiq edilir:
- Xəbərdarlıq
- Diskvalifikasiya (yarışdan uzaqlaşdırma)
- Cərimələr hakim və ya yarış təşkilatçıları tərəfindən qeydiyyata alınır.
- 3 xəbərdarlıq diskvalifikasiya ilə nəticələnir.
- Ciddi qayda pozuntusu xəbərdarlıq edilmədən diskvalifikasiya ilə nəticələnə bilər.
- Komanda üzvləri bir-birinə dəstək göstərməli və əməkdaşlıq etməlidirlər.
- Bütün iştirakçılar digər komandaların nümayəndələrinə, təşkilatçılara və hakimlərə hörmətlə yanaşmalıdırlar.
- Hər hansı anlaşılmazlıq olduqda, baş hakimə vəziyyət izah edilməlidir. Son qərar baş hakimin olacaqdır.
- Robotlar və cihazlar təhlükəsizlik standartlarına uyğun olmalıdır.
- Yarış zamanı rəqiblərə qarşı ədalətli oyun prinsiplərinə riayət edilməli, qəsdən zərər vermə cəhdləri edilməməlidir.
- İştirakçılar ancaq komanda üzvləridir. Müəllim, valideyn və ya digər şəxslərin yarışa müdaxiləsi yolverilməzdir.