Ümumi Qaydalar:
- İştirakçı Tərkibi:
- Hər komanda heyəti ən azı 3, ən çoxu 4 şagirddən ibarət olmalıdır
- Layihənin Təsviri:
- Mövzu sərbəstdir və həyat keyfiyyətini yaxşılaşdırmağı, ekoloji problemlərin həllini və ya istənilən yaradıcı bir ideyanın nümayişini özündə ehtiva etsin.
- Hazırlanan modelin funksional olması və həqiqi layihənin bir çox xüsusiyyətlərini özündə əks etdirməsi arzuolunandır.
- Layihənin ölçüsü maksimum 1×1 metr ola bilər.
- Təqdimat:
- Layihənin təyinatı və funksionallığı maksimum 3 dəqiqə ərzində izah edilməlidir.
- Təqdimatda layihənin hazırlanma prosesi, istifadə olunan materiallar və ideyanın əsas məqsədi aydın şəkildə göstərilməlidir.
- Poster, şəkil və ya digər vizual materiallardan istifadə etmək tövsiyə edilir.
Qiymətləndirmə Meyarları:
- Yaradıcı – innovativ yanaşma (45 bal):
- Layihənin qeyri-adi və yenilikçi olması.
- Problemin Həlli (25 bal)
- Layihənin müəyyən bir problemi həll etməsi və ya faydalı bir ideya təqdim etməsi.
- Təqdimat Keyfiyyəti (10 bal)
o Layihə məqsədi və ideyası auditoriyaya aydın çatdırılır. (4 bal)
o İştirakçı inamlı danışır, jest və göz kontaktından düzgün istifadə edir. (3 bal)
o Layihəni izah etmək üçün maraqlı və uyğun vizual vasitələrdən istifadə olunur. (3 bal)
4. Komanda işi (10 bal)
o Komanda üzvləri arasında iş düzgün və bərabər şəkildə paylanır. Hər bir üzv öz vəzifələrini yerinə yetirir. (5 bal )
o Təqdimat zamanı komanda üzvləri bir-biri ilə yaxşı əməkdaşlıq edir, fikir mübadiləsi aparır və bir-birinə dəstək olur. (5 bal)
- Modelləşdirmə (10 bal)
o Modelin təqdimatı aydın və başa düşüləndirmi? Hər bir detal düzgün və dəqiq göstərilibmi? (3 bal)
o Model düzgün işləyirmi? Model necə fəaliyyət göstərir və hansı üstünlükləri var? (3 bal)
o Model layihənin məqsədinə və ideyasına xidmət edir? (4 bal)
Məhdudiyyətlər:
Material Seçimi:
- Hərəkətli Hissələr:
- Təhlükəli materiallardan (məsələn, partlayıcı və ya yanıcı maddələrdən) istifadə qadağandır.
- Özünəməxsusluq:
- Layihə tamamilə komanda tərəfindən hazırlanmalıdır. Hazır məhsullardan və ya maketlərdən birbaşa istifadə etmək tövsiyə olunmur.