Giriş: Hackathonun keçirilməsinin əsas məqsədi 12-15 yaşlı şagirdlərin proqramlaşdırma sahəsində yaradıcı düşüncələrini inkişaf etdirmək və praktiki problemlərin həllinə yönəltməkdir. Bu tədbir şagirdlərə qrup şəklində əməkdaşlıq etməyi öyrətməklə yanaşı, onlara real dünyada qarşılaşacaqları texnoloji problemləri həll etmək bacarıqlarını gücləndirməyə kömək edəcək. Hackathon iştirakçılarının məhdud resurslarla, innovativ həll yolları yaratmaqla texniki bacarıqlarını sınamaları üçün unikal bir platformadır. 

Ümumi Qaydalar:

  1. Yaş həddi: Hackathon senior yalnız 12-15 yaşlı şagirdlər üçün nəzərdə tutulub.
  2. Proqramlaşdırma dili: İştirakçılar istənilən proqramlaşdırma dilindən istifadə edə bilərlər.
  3. Komandalar: Hər bir komanda 3 və ya 4 iştirakçıdan ibarət olmalıdır.
  4. İnternet qadağası: Yarış zamanı internetə və digər xarici resurslara daxil olmaq qəti qadağandır.
  5. Süni intellekt qadağası: Hər hansı süni intellekt vasitələrinin (ChatGPT, Codex və s.) istifadəsi qəti qadağandır.
  6. Materiallardan istifadə qadağası: Kitablar, qeydlər və digər resurslardan istifadə etmək olmaz.

Müsabiqə Şərtləri:

  1. Mövzu: Problem tapşırıqları əvvəlcədən müəyyən olunacaq və hər kəsə eyni vaxtda təqdim ediləcək.
  2. Vaxt məhdudiyyəti: Hər bir problem üçün müəyyən edilmiş vaxt ərzində həll təqdim edilməlidir.
  3. Həllin təqdimatı: Komandalar həll etdikləri proqramları jüriyə təqdim etməli və hər həllin iş prinsipini izah etməlidirlər.
  4. Dəyərləndirmə kriteriyaları:
    • Proqramın düzgün işləməsi
    • Həllin effektivliyi
    • Kodun oxunaqlılığı
    • Yenilikçi yanaşma

Texniki Tələblər:

  1. Tətbiqi mühit: Hər bir komanda öz noutbuk və ya kompüterindən istifadə etməlidir.
  2. İstifadə ediləcək alətlər: Tədbir başlamazdan əvvəl bütün istifadə olunacaq alətlər (kağız, qələm, xətkeş və s.) jüriyə bildirilməlidir.

Əlavə Qaydalar:

  1. Kopyalama qadağası: İştirakçıların başqa komandaların kodlarını kopyalamağa və ya paylaşmağa icazə verilmir.
  2. Fasilələr: Müsabiqə zamanı müəyyən vaxt fasilələri veriləcək, lakin bu zaman proqram yazmağa davam etmək olmaz.
  3. Mübahisəli halların həlli: Hər hansı mübahisəli vəziyyətlər münsiflər heyəti tərəfindən həll olunacaq və onların qərarı yekun qərar sayılacaq.