İştirakçılar:
- 5-7 yaşlı şagirdlər iştirak edə bilər.
- Komanda 2 nəfərdən ibarət olmalıdır.
Təsvir: Şagirdlər robotu müəyyən rəngləri tapmağa yönləndirirlər. Onlar, robotu qırmızı, mavi və ya yaşıl obyektlərin yanına getməsi üçün kodlaşdırırlar.
Məqsəd: Şagirdlərin proqramlaşdırma və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin komanda işi, tənqidi və analitik düşünmə bacarıqlarını ortaya qoymalarını təmin etmək.
Qaydalar:
- Hər komanda yalnız 3 rəngdən (mavi, qırmızı və yaşıl) birini seçə bilər.
- Robot hər doğru rəngə toxunduğunda komandaya 10 xal verilir.
- Robot getdiyi nöqtəyə yenidən qayıtdıqda əlavə xal qazanmır.
- Yarış üçün 2 dəqiqə (120 saniyə) vaxt verilir.
- Verilmiş müddətdən tez yerinə yetirilən hər saniyə üçün 10 xal qazanılır. Məsələn: Robot 10 qırmızı nöqtəyə 90 saniyə vaxt sərf edibsə, 10(rəng)x10(xal)+30(əlavə qalan saniyə)*10(xal)=400 xal qazanır.
- Yarış bir neçə raund baş tutacaq, ən yaxşı nəticə komandanın hesabına yazılacaq.
Qayda pozuntuları:
1. Meydançanın səthini zədələyən və ya cıza bilən hər hansı komponentlərdən istifadə qadağandır.
2. Robot raund başlamazdan əvvəl hərəkət edərsə (hərəkət və ya onun dəyişdirilməsi) həmin raundun nəticəsi qeydə alınmır.
3. İştirakçı təhlükəsizlik tələblərinə əməl etmədikdə yarışdan uzaqlaşdırılır.
4. Haqsız sayılan hər hansı digər hərəkət olduqda nəticə qeydə alınmır.
5. Komanda üzvlərindən başqa kənar şəxslərin yarışa müdaxiləsi yolverilməzdir.
6. Komanda yarış başladığı anda arenaya dəvət edildiyi təqdirdə, orada iştirak edə bilmədikdə həmin raund nəticəsi qeydə alınmır.
7. İştirakçı yarışı sabotaj edərsə, məsələn, qəsdən ətrafına zərər verərsə, insanlarla davranış kodeksinə uyğun hərəkət etmədikdə və s. yarışdan tamamilə uzaqlaşdırılır.
8. İştirakçı kobuddursa və hakimlərin qərarlarına hörmət etmirsə, yarış nəticəsi qeydə alınmır.