Məqsəd:

Uşaqların proqramlaşdırma və problem həll etmə bacarıqlarını inkişaf etdirmək, həmçinin komanda işi və yaradıcılıqlarını ortaya qoymalarını təmin etmək.

Yarışın Formatı

Yaş qrupu:

7-10 yaş (qrup şəklində, hər qrupda 2-4 şagird)

Təchizat:

• VEX GO dəsti

• VEX GO proqramlaşdırma tətbiqi (tablet və ya kompüter ilə)

Hər komanda robotlarını yarışdan əvvəl dizayn edəcək və onları VEX GO tətbiqi ilə proqramlaşdıracaq.

Tapşırıq

  1. Robot hərəkətə yaşıl qeyd olunmuş xanadan(tile) başlayır. 
  2. Robot xəritədəki maneələri aşaraq, xəzinəyə gedir.
  3. Xəzinəyə toxunan robot başlanğıc nöqtəsinə geri qayıdır.
  4. Robotun nəticəsi onun başlanğıc nöqtəyə(yaşıl xanaya) qayıdan an, hakimin qeydə aldığı müddətdir.
  5. Başlanğıc nöqtəsinə (yaşıl xanaya) qayıda bilməyən robotun nəticəsi qeydə alınmır.

Komandalar hakimlər tərəfindən müəyyən olunmuş sayda öz robotlarını sınaqdan keçirə bilər.

Xal sistemi:

  • Tapşırığı ən sürətli yerinə yetirən komanda qalib sayılacaq
  • Yarış bir neçə raund baş tutacaq, ən yaxşı nəticə komandanın hesabına yazılacaq.

Qaydalar:

1. Robot Dizaynı:

Yalnız VEX GO dəsti hissələri istifadə olunmalıdır.

Robotun maksimal ölçüsü: 20x20x20 sm.

2. Proqramlaşdırma:

Avtonom rejimdən istifadə edilməsi tələb olunur 

Yarış müddətində arena və robota iştirakçıların müdaxiləsi qadağandır

3. Xəritə və Maneələr:

Xəritə 1×1 metr  ölçüsündə qurulacaq.

Maneələr müxtəlif ölçü və rəngli kublarla müəyyən ediləcək.

Maneələrin xəritədə yerləşdiyi mövqeyi yarış günü təyin olunacaq.

Qayda pozuntuları:

1. Meydançanın səthini zədələyən və ya cıza bilən hər hansı komponentlərdən istifadə qadağandır.

2. Robotda hər hansı alışan materialdan istifadə etmək olmaz.

1. Robot raund başlamazdan əvvəl hərəkət edərsə (hərəkət və ya onun dəyişdirilməsi) həmin raundun nəticəsi qeydə alınmır.

2. Ancaq inspeksiyadan keçmiş robot meydançada yarışa bilər. Robotu tamamilə başqası ilə dəyişdirmək, həmçinin iki və daha artıq robotdan istifadə etmək qəti qadağandır. 

3. İştirakçı təhlükəsizlik tələblərinə əməl etmədikdə yarışdan uzaqlaşdırılır.

4. Haqsız sayılan hər hansı digər hərəkət olduqda nəticə qeydə alınmır.

5. Komanda üzvlərindən başqa kənar şəxslərin yarışa müdaxiləsi yolverilməzdir.

6. Komanda yarış başladığı anda arenaya dəvət edildiyi təqdirdə, orada iştirak edə bilmədikdə həmin raund nəticəsi qeydə alınmır.

7. İştirakçı yarışı sabotaj edərsə, məsələn, qəsdən ətrafına zərər verərsə, insanlarla davranış kodeksinə uyğun hərəkət etmədikdə və s. yarışdan tamamilə uzaqlaşdırılır.

8. İştirakçı qaydalarda “Robotun dizaynı” üçün nəzərdə tutulmuş tələbləri pozarsa yarışdan tamamilə uzaqlaşdırılır.

9. İştirakçı kobuddursa və hakimlərin qərarlarına hörmət etmirsə, yarış nəticəsi qeydə alınmır.